azturkxeber.az
http://azturkxeber.az

Media: Avropa Komissiyası Serbiyanı 1,5 milyard avroluq maliyyədən məhrum edə bilər

10-04-2026

Media: Avropa Komissiyası Serbiyanı 1,5 milyard avroluq maliyyədən məhrum edə bilər

Serbiya Rusiya ilə yaxın münasibətlərinə görə Avropa İttifaqının 1,5 milyard avroluq maliyyə vəsaitini itirə bilər.

“Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Serbiya Brüssellə üzvlük danışıqlarına 2014-cü ildə başlayıb. Belqrad danışıqlar çərçivəsində hüquqi islahatlar üçün qrantlar və maliyyələşdirmə almaq hüququna malikdir. Avropa İttifaqının adı çəkilməyən rəsmisinin sözlərinə görə, Serbiyanın Rusiya ilə əməkdaşlığı Avropa Komissiyasının mövqeyinin sərtləşməsinin səbəblərindən biri olub.

“Serbiyada baş verənlərdən dərin narahatlıq duyuruq. Məhkəmə sisteminin müstəqilliyini sarsıdan qanunlar mövcuddur, etirazları yatırmaq cəhdləri edilir və müstəqil medianın işinə müdaxilə var. Biz, həmçinin Serbiyanın namizəd olaraq xarici siyasətimizi dəstəkləyəcəyini gözləyirik”, - deyə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası Serbiyanın Avropa İttifaqına ödənişləri üçün tələblərə cavab verib-vermədiyini yoxlayır. Serbiyanın Avropa İttifaqındakı səfiri Daniel Apostoloviç isə Belqrad və Brüssel arasında intensiv danışıqlar aparıldığı üçün maliyyələşmənin geri götürülməyəcəyinə əminliyini ifadə edib.

Marta Kos bir müddət öncə qeyd edib ki, Serbiya Rusiya ilə xüsusi münasibətlər saxlayır və bu, Avropa İttifaqına namizədlik öhdəliklərini pozur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930