azturkxeber.az
http://azturkxeber.az

Geosiyasi qarşıdurmalar və Azərbaycanın sülh mövqeyi

10-04-2026

Son illər dünyada olduqca gərgin geosiyasi vəziyyət hökm sürür. Dünyanın müxtəlif yerlərində müharibələr, qanlı toqquşmalar gedir. Baş verən bu müharibələrdə hər gün yüzlərlə insan həyatını itirir, şəhərlər viran qalır, dünya iqtisadiyyatı dərin böhrana sürüklənir. Sözsüz ki, bunların əsas səbəblərindən biri BMT-nin zəif, gücsüz bir təşkilat olmasıdır. Artıq dünyada beynəlxalq hüquq yox, kim güclüdür, o da haqlıdır prinsipləri əsas rol oynayır. Prezident cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, BMT artıq öz üzərinə düşən funksiyasını yerinə yetirmir və təşkilatda struktur dəyişikliyin aparılması vacibdir. Zaman keçdikcə ölkə başçımızın bu fikirləri öz təsdiqini tapmaqdadır.

Azərbaycanın həm şimalında, həm də cənubunda ağır müharibələr gedir. Məhz Prezident cənab İlham Əliyevin uzaqgörən, müdrik, eyni zamanda qətiyyətli siyasəti nəticəsində ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionunda bu gün əmin-amanlıq, stabillik hökm sürür. Müsbət hal odur ki, Azərbaycanın cənubunda İranla ABŞ arasında gedən müharibədə atəşkəs elan olunub. Atəşkəsin elan olunması qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. 40 gün davam edən ABŞ - İran müharibəsi Yaxın Şərqdə vəziyyəti kəskin şəkildə dəyişdirəcək duruma yaxınlaşmış, bütün region dövlətlərinin bu münaqişəyə cəlb olma riskini artırmışdır. Münaqişənin dərinləşməsi hərbi müstəvi ilə yanaşı, qlobal səviyyədə enerji təhlükəsizliyinə, beynəlxalq ticarət əlaqələrinə öz mənfi təsirini qabarıq şəkildə göstərəcəkdir. Artıq bir sıra dövlətlərdə yanacaq qıtlığı yaranmış, ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Nəqliyyat-loqistika marşrutlarının və kommunikasiya xətlərinin təhlükəsizliyi də sual altında qalmışdır. Bu baxımdan atəşkəs haqqında razılığın əldə olunması genişmiqyaslı böhranın qarşısının alınması istiqamətində olduqca əhəmiyyətli bir addım oldu. Türkiyə və Pakistanın bu istiqamətdə diplomatik səyləri də öz bəhrəsini vermiş oldu.

Azərbaycan dövləti ABŞ - İran arasında əldə olunmuş razılaşmanı alqışlayır və tərəflər arasında dialoqun baş tutmasının, məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının tərəfdarıdır. Azərbaycan tək regionda deyil, beynəlxalq aləmdə stabilliyin, əmin-amanlığın, dövlətlər arasında əməkdaşlığın yaranmasını təşviq edir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930