azturkxeber.az
http://azturkxeber.az

Bahar Muradova Gəncədə vətəndaşları qəbul edib

10-04-2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 10 aprel 2026-cı il tarixində Gəncə şəhərində vətəndaşları qəbul edib.

Azturkxeber.az-ın məlumatına görə, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Qəbul zamanı Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib.

Müraciətlər arasında işlə təmin olunma, alimentin ödənilməsi, hüquqi yardım, sosial dəstəyin göstərilməsi, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər mövzular yer alıb.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq, nəzarətə götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930