azturkxeber.az
http://azturkxeber.az

“TikTok” Finlandiyaya daha 1 milyard avro sərmayə qoyacaq

09-04-2026

“TikTok” Finlandiyaya daha 1 milyard avro sərmayə qoyacaq

Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsi təhlükəsiz Avropa infrastrukturunun genişləndirilməsi proqramı çərçivəsində Finlandiyanın Lahti şəhərindəki məlumat mərkəzinə daha 1 milyard avro sərmayə qoyacaq. Bundan əvvəl isə şirkət bu ölkənin Suomi-Kouvola şəhərindəki məlumat mərkəzinə 1 milyard dollar investisiya yatırılacağını açıqlayıb.

Azturkxeber.az şirkətin veb saytına istinadla xəbər verir ki, Finlandiyanın məlumat mərkəzi infrastrukturuna qoyulan hər iki investisiya bölgədə məlumatların suverenliyini təmin etməyə yönəlmiş 12 milyard avroluq Avropa təşəbbüsü olan “Project Clover”in bir hissəsidir. Təşəbbüs “TikTok”un 200 milyondan çox Avropa istifadəçisinin sənayedə aparıcı təhlükəsizliyini təmin etməyi hədəfləyir.

“TikTok” iddia edir ki, Finlandiya ixtisaslı işçi qüvvəsi, təmiz enerjiyə çıxış və qabaqcıl rəqəmsal infrastrukturun unikal kombinasiyasını təmin edir. Buna görə də bu ölkə şirkətin Avropa imkanlarını genişləndirmək, regional səviyyədə məlumatın təhlükəsizliyini və saxlanmasını gücləndirmək üçün platformaya çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930