azturkxeber.az
http://azturkxeber.az

Qətər İqtisadi Forumu təxirə salınıb

09-04-2026

Qətər İqtisadi Forumu təxirə salınıb

Bu il mayın 12-dən 14-dək Dohada keçirilməsi planlaşdırılan VI Qətər İqtisadi Forumu təxirə salınıb. Forum cari il ərzində təşkil olunacaq.

Azturkxeber.az xəbər verir ki, bu qərar təşkilatçılar - “Bloomberg” Media Şirkəti və Qətər Ticarət və Sənaye Nazirliyinin tərəfdaşlarla məsləhətləşmələri nəticəsində regiondakı hazırkı vəziyyət nəzərə alınaraq qəbul edilib.

Qətər İqtisadi Forumu dünya iqtisadiyyatı barədə fikir mübadiləsi aparmaq üçün dövlət başçılarını, siyasətçiləri və iş adamlarını bir araya gətirən aparıcı qlobal platformadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930