azturkxeber.az
http://azturkxeber.az

Miroşnik: Rusiya Ukrayna ilə bağlı danışıqların bərpasını təxirə salmayacaq

09-04-2026

Miroşnik: Rusiya Ukrayna ilə bağlı danışıqların bərpasını təxirə salmayacaq

Rusiya Ukrayna ilə bağlı danışıqların bərpasını təxirə salmayacaq. Baxmayaraq ki, vəziyyət Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla dialoq üçün kimi təyin etməsindən asılı ola bilər.

Azturkxeber.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

O deyib ki, bu formatda danışıqlar aparmaq üçün üç tərəfin - Rusiya, ABŞ və Ukraynanın razılığı tələb olunur:”İndi çox şey ABŞ-nin İranla danışıqlarında onları kimin təmsil edəcəyi ilə bağlı qərarından asılıdır. Əgər söhbət eyni danışıqçılardan gedirsə, bu an bir qədər gecikə bilər ki, bu da Ukraynada nizamlanma üçün danışıqlar yolunda davam etmək və ya irəliləmək üçün fundamental maneə yaratmır. Hər halda, inanıram ki, Rusiya tərəfdən danışıqlar prosesinin bərpasında heç bir maneə və ya gecikmə olmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930