azturkxeber.az
http://azturkxeber.az

Gürcüstanda 9 Aprel hadisələrinin 37-ci ildönümü qeyd olunur

09-04-2026

Gürcüstanın paytaxtı Tbilisidə 1989-cu il aprelin 9-da baş verən faciənin 37-ci ildönümü ilə əlaqədar "Azadlıq uğrunda mübarizə davam edir!" şüarı ilə aksiya keçirilir.

Azturkxeber.az xəbər verir ki, iştirakçılar Rustaveli prospektindəki parlamentin binası qarşısında toplaşıblar. Onlar gecəni 9 Aprel xatirə abidəsinin yanında keçirməyi planlaşdırırlar. Gecə boyunca müxtəlif tədbirlərin təşkili planlaşdırılır.

Abidənin yaxınlığında 9 Aprellə bağlı filmin nümayişi üçün ekran quraşdırılıb.

Saat 04:00-da isə faciə qurbanlarının xatirəsi yad olunacaq.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet qoşunları Tbilisidə dinc etiraz mitinqini dağıdıb. Bu zaman 21 nəfər həlak olub, yüzlərlə insan tərkibi məlum olmayan qazdan zəhərlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930