azturkxeber.az
http://azturkxeber.az

Slovakiya Ombudsmanının rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüş keçirib

08-04-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla görüşüb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə qonağa ölkəmizdə insan hüquq və azadlıqlarının təmininə xüsusi önəm verildiyi bildirilib, bu istiqamətdə ardıcıl islahatların həyata keçirildiyi qeyd olunub.

Eyni zamanda, Azərbaycan və Slovakiya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930