azturkxeber.az
http://azturkxeber.az

Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair növbəti maarifləndirici təlim keçirilib

08-04-2026

Naxçıvan şəhər M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə “Əməyin mühafizəsinə dair ümumi tələblər, istehsalatda baş verən bədbəxt hadisələr, yanğın təhlükəsizliyi və ilk yardım qaydaları” mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 36-dan çox şəxs iştirak edib.

Tədbir çərçivəsində iştirakçılara əməyin mühafizəsi üzrə ümumi tələblər, sağlam və təhlükəsiz iş mühitinin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib. Həmçinin Mərkəzin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930