Deputatımız Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı Qaya Məmmədov Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə aprelin 9-da Budapeşt şəhərinə səfər edəcək.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov qurumun xətti ilə seçkilərə hazırlıq prosesi ilə tanış olacaq, səsvermə prosesini izləyəcək.
Səfər aprelin 14-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: