Balakəndə təşkil edilən intellektual yarışın qalibləri mükafatlandırılıblar
Balakən rayon Gənclər evində yeniyetmələr arasında "Turan-fest" adlı "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnir keçirilib.
Bu barədə Balakən Gənclər Evindən məlumat verilib.
Bildirilib ki, 60 nəfərin qatıldığı turnir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru, Gənclər evi sosial xidmət müəssisəsi və Turan Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirin yekun nəticələrinə görə "Qaliblər" komandası ən yüksək nəticəni göstərək birinci yeri tutub. Qalib komandanın üzvləri diplom və medallarla təltif olunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




