azturkxeber.az
http://azturkxeber.az

Bakıda keçirilmiş yarmarkada 30 işəgötürən tərəfindən 350-ə yaxın vakansiya təqdim edilib

08-04-2026

Yarmarka Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunları üçün təşkil olunub.

Azturkxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə əmək yarmarkası keçirilib.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş yarmarkada mərkəzin tələbə və məzunları ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları, İctimai İaşə və Xidmət, Mədəniyyət və Sənətkarlıq, Dəmir Yolu və Metropoliten, Turizm və Sosial Xidmətlər, Emal Sənayesi, Tikinti və Quraşdırma İşləri, Aviasiya və Avtomobil Nəqliyyatı, eləcə də Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzlərinin tələbə və məzunları da iştirak ediblər.

Aktiv məşğulluq tədbirində 30 işəgötürən tərəfindən 341 vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Bununla yanaşı, tədbirdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri və layihələr haqqında da məlumat verilib.

Əmək yarmarkasında Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə təmsil olunublar. İştirakçılara peşə hazırlığı kursları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930