azturkxeber.az
http://azturkxeber.az

Si Cinpin Yaxın Şərq böhranı fonunda yeni enerji sisteminin qurulmasını təklif edib

07-04-2026

Si Cinpin Yaxın Şərq böhranı fonunda yeni enerji sisteminin qurulmasını təklif edib

Çinin Sədri Si Cinpin Yaxın Şərq müharibəsinin qlobal enerji təchizatını pozması fonunda yeni enerji sisteminin planlaşdırılmasını və tikintisini sürətləndirməyə çağırıb.

Azturkxeber.az Çinin CCTV dövlət telekanalına istinadla xəbər verir ki, Si Cinpin hidroelektrik enerjisinin inkişafı və ekoloji mühafizənin, eləcə də nüvə enerjisinin təhlükəsiz və nizamlı şəkildə genişləndirilməsinin vacibliyini vurğulayıb.

Çinin təmiz və aşağıkarbonlu enerjinin inkişafı konsepsiyasına sadiqliyini vurğulayan Çin lideri deyib: “Külək və Günəş enerjisinin qabaqcıl inkişafı proseslərin artıq irəliyə doğru yönəldiyini sübut edib. Eyni zamanda, kömürlə işləyən enerji təchizatımızın təməli olaraq qalır və dəstəkləyici rol oynamağa davam etməlidir”.

Çin bir neçə ay üçün kifayət qədər - 1,3 milyard barel həcmdə strateji xam neft ehtiyatına, habelə nüvə, Günəş və külək enerjisini əhatə edən şaxələndirilmiş resurslara malikdir, eyni zamanda kömürə güvənir.

Si Cinpin, həmçinin enerji məsələlərinin inkişaf üçün vacib olduğunu bildirib. O əlavə edib: “Daha yaşıl, daha şaxələndirilmiş və davamlı yeni enerji sistemi Çinin enerji təhlükəsizliyi və iqtisadi inkişafı üçün güclü zəmanət verəcək”.

Çin 2024-cü ildə enerjisinin 35 faizini Körfəz ölkələrindən əldə edirdi və idxala 413 milyard dollar xərcləyirdi. Telekanal qeyd edib ki, bu yaxınlarda Çinin üç gəmisi Hörmüz boğazından keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930