azturkxeber.az
http://azturkxeber.az

“Miqrasiya Məktəbi - 8” layihəsi çərçivəsində təlimlər davam etdirilir

07-04-2026

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 8” layihəsi çərçivəsində növbəti təlimlər təşkil edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzinin, Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən keçirilib.

İnteraktiv şəkildə təşkil olunan təlimlər “Azərbaycan Respublikasının viza siyasəti”, “Çağrı mərkəzinin fəaliyyəti ilə tanışlıq” və “Bakı şəhər müvəqqəti yerləşdirmə mərkəzinin fəaliyyəti” mövzularına həsr olunub.

Bundan başqa, iştirakçılar xidmətin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi və Çağrı mərkəzi şöbəsinin, həmçinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinin fəaliyyəti və iş şəraiti ilə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930