azturkxeber.az
http://azturkxeber.az

Lüksemburqda Azərbaycan stendinə böyük maraq

07-04-2026

Lüksemburqda “Miqrasiyalar, mədəniyyətlər və vətəndaşlıq” mövzulu beynəlxalq festival keçirilib. Ölkəmiz Diasporla İş üzrə Dövlət Komitəsinin, Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyin dəstəyi, Lüksemburq–Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə bu festivalda ilk dəfə iştirak edib.

Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan stendi festival iştirakçılarının diqqət mərkəzində olub. Ölkəmizin zəngin mədəni irsinə, milli mətbəx nümunələrinə və əsrlər boyu formalaşan ənənələrinə böyük maraq göstərilib. Soydaşlarımız festival boyu mədəni mübadilə və qarşılıqlı ünsiyyət üçün geniş imkanlardan səmərəli istifadə ediblər.

Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettel, həmçinin ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə nazir Max Hahn Azərbaycan stendindəki mədəniyyət nümunələri ilə yaxından tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930