DİN: Aprelin 6-da 59 cinayət açılıb

Azturkxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 6-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: