azturkxeber.az
http://azturkxeber.az

Birinci rübdə dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

07-04-2026

Birinci rübdə dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

2026-cı ilin birinci rübündə dövlət qurumlarının informasiya resurslarına qarşı 7 milyon 13 min 863 DDoS hücumu qeydə alınıb.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.

Bildirilib ki, həyata keçirilən mühafizə tədbirləri nəticəsində 12 milyard 523 milyon 934 min 684 zərərli paket bloklanıb, ümumilikdə isə 10 milyon 226 233 Mbit həcmində zərərli trafikin qarşısı alınıb.

Eyni zamanda, “AzStateNet” şəbəkəsində yeni nəsil təhlükəsizlik sistemləri vasitəsilə 41 milyondan çox zərərli URL, 3,7 milyondan artıq zərərli trafik və 31 mindən çox zərərverici fayl bloklanıb. Görülən tədbirlər son istifadəçilərin kütləvi kiberhücumlara məruz qalmasının qarşısını əhəmiyyətli dərəcədə azaldıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930