azturkxeber.az
http://azturkxeber.az

Bəhreyni Səudiyyə Ərəbistanı ilə birləşdirən körpü bağlanıb

07-04-2026

Bəhreyni Səudiyyə Ərəbistanı ilə birləşdirən körpü bağlanıb

Bəhreyn ilə Səudiyyə Ərəbistanı arasındakı körpü çərşənbə axşamı günü təhlükəsizlik mülahizəsinə görə bağlanıb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, İran Səudiyyə Ərəbistanının şərq əyalətinə yeni hücumlarla hədələdikdən sonra Ər-Riyad uzunluğu 25 kilometr olan Kral Fəhd adına körpüdə nəqliyyatın hərəkətini müvəqqəti dayandırmaq qərarına gəlib.

Bu arada Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi son bir neçə saat ərzində azı 18 dronun məhv edildiyini bildirib. Nazirlik əvvəllər hava hücumundan müdafiə sistemlərinin ölkənin şərq hissəsi üzərində yeddi raketi vurduğunu və mərmi parçalarının enerji obyektlərinin yaxınlığına düşdüyünü bildirmişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp münaqişəni həlli üçün İrana çərşənbə gününə qədər vaxt verib, əks halda elektrik stansiyalarına və körpülərə hücum edəcəyi ilə hədələyib. “Onların körpüləri, elektrik stansiyaları olmayacaq. Onlar daş dövrünə qayıdacaqlar”, - deyə Tramp vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930