azturkxeber.az
http://azturkxeber.az

Bakıda Türk Məhkəmə Ekspertizası Şəbəkəsinin təsis toplantısı olub

07-04-2026

Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin 15 məhkəmə ekspertizası idarəsinin nümayəndə heyətlərinin iştirakı ilə Türk Məhkəmə Ekspertizası Şəbəkəsinin təsis toplantısı keçirilib.

Ədliyyə Nazirliyindən Azturkxeber.az-a bildirilib ki, tədbir çərçivəsində iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və Zəfər parkını ziyarət ediblər.

Təsis toplantısında Azərbaycanın ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncay, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman iştirak ediblər.

Bununla yanaşı, tədbirə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın məhkəmə ekspertizası qurumlarının məsul şəxsləri də qatılıblar.

Toplantı çərçivəsində iştirakçı ölkələrin məhkəmə ekspertizası qurumları tərəfindən təqdimatlar keçirilib. Təqdimatlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın məhkəmə ekspertizası sistemləri, mövcud imkanlar və gələcək əməkdaşlıq perspektivləri barədə məlumat verilib.

Tədbirin yekununda Türk Məhkəmə Ekspertizası Şəbəkəsi haqqında Memorandum imzalanıb.

Qeyd edək ki, bu təşəbbüs Türk dövlətləri arasında məhkəmə ekspertizası sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və vahid yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930