azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Gürcüstan mərkəzi bankları təcrübə mübadiləsi aparıb

07-04-2026

Azərbaycan və Gürcüstan mərkəzi bankları təcrübə mübadiləsi aparıb

Gürcüstan Milli Bankının nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.

AMB-dən bildirilib ki, səfər çərçivəsində təşkil edilən görüşlərdə maliyyə sabitliyi funksiyaları üzrə fəaliyyətin həyata keçirilməsi, makroprudensial siyasət çərçivəsinin formalaşdırılması, ev təsərrüfatları, qeyri-maliyyə sektoru və daşınmaz əmlak bazarı üzrə maliyyə sabitliyinin qiymətləndirilməsi üzrə hər iki ölkənin mərkəzi banklarının təcrübələri müzakirə olunub.

Görüşlər zamanı, həmçinin stres-test çərçivəsi, eləcə də fiziki və keçid riskləri üzrə iqlim stres-testlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930