Qatar hərəkətində hava şəraiti ilə bağlı məlumat

Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkət edir, bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət olunur.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddi endirildiyindən bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən gecikmələr ola bilər.
ADY bildirir ki, aramsız külək və yağış qatarların görünmə məsafəsini və səsini məhdudlaşdıra bilər. Sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaları xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: