azturkxeber.az
http://azturkxeber.az

Pakistanda şiddətli yağışlar nəticəsində azı 45 nəfər ölüb

06-04-2026

Pakistanda şiddətli yağışlar nəticəsində azı 45 nəfər ölüb

Martın 25-dən etibarən Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində azı 45 nəfər həlak olub, 105 nəfər yaralanıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə “Geo TV” yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Vilayətin fövqəladə halların idarə olunması agentliyinin məlumatına görə, bölgə sakinləri əsasən sel sularının yuyub apardığı tikililərin uçması nəticəsində zərər çəkiblər. Ümumilikdə 442 evə ziyan dəyib, onlardan 60-ı tamamilə dağılıb.

Qurum 6–9 aprel tarixlərində yenidən güclü yağışların gözlənildiyi barədə xəbərdarlıq edib və sakinlərə təcili ehtiyac olmadığı halda təbii fəlakətlərə daha çox məruz qalan ərazilərə səfər etməmələri tövsiyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930