azturkxeber.az
http://azturkxeber.az

“OPEC+” ölkələri mayda gündəlik hasilatı artırmaq qərarına gəliblər

06-04-2026

“OPEC+” ölkələri mayda gündəlik hasilatı artırmaq qərarına gəliblər

“OPEC+” ölkələri may ayından etibarən neft hasilatını gündəlik 206 min barel artırmaq barədə razılığa gəlib.

Azturkxeber.az xəbər verir ki, qərar bu gün alyansın əsas iştirakçıları – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman arasında keçirilən virtual iclas zamanı qəbul olunub. Görüşdə qlobal enerji bazarındakı mövcud vəziyyət və gələcək proqnozlar müzakirə edilib.

Bildirilir ki, qərar ABŞ-İsrail-İran gərginliyi fonunda qəbul edilib və bu qarşıdurmanın xam neft tədarükünə mümkün təsirləri nəzərə alınıb.

OPEC tərəfindən yayılan bəyanatda qeyd olunub ki, alyansa üzv ölkələr enerji axınlarının fasiləsiz davam etməsi üçün beynəlxalq dəniz nəqliyyatı marşrutlarının qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930