İİKK: Hörmüz boğazından keçid heç vaxt əvvəlki kimi olmayacaq
Gəmilərin Hörmüz boğazından keçməsi, xüsusən də ABŞ və İsrail üçün heç vaxt əvvəlki kimi olmayacaq.
Azturkxeber.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb.
İİKK-nın Hərbi Dəniz Qüvvələrinin X sosial platformasında yayımlanan açıqlamasında qeyd olunub: “Hörmüz boğazı, xüsusən də ABŞ və İsrail üçün əvvəlki statusuna heç vaxt qayıtmayacaq”.
Bəyanatda, həmçinin vurğulanıb ki, İİKK Hərbi Dəniz Qüvvələri İran hakimiyyətinin Körfəzdə yeni bir nizam yaratmaq planının həyata keçirilməsi üçün əməliyyat hazırlıqlarını tamamlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: