azturkxeber.az
http://azturkxeber.az

Qaradağda Puta gölü üçün yeni suötürücü boru quraşdırıldı

05-04-2026

Qaradağ rayon Sukanal İdarəsi Puta gölündə suyun səviyyəsinin tənzimlənməsi məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.

Bu barədə Azturkxeber.az-a ADSEA-dan məlumat verilib.

Məlumata görə, idarə tərəfindən leysan yağışlar zamanı göldə suyun səviyyəsinin kritik həddə çatmasının və ətraf ərazilərin subasmaya məruz qalmasının qarşısını almaq üçün əlavə infrastruktur işləri görülüb.

Bu çərçivədə, ərazidə diametri 1000 mm, uzunluğu 20 metr olan dəmir-beton konstruksiyalı əlavə suötürücü boru quraşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930