Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib





Bu gün akademik Zərifə Əliyeva adına liseydə aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Böyük qayıdışın başlanğıcı” adlı tədbir keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Mirdaməd Bağıyev, aprel döyüşlərində iştirak edən briqadanın komandiri, polkovnik Eldəniz Sadıqov, “Murov Qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı olan kəşfiyyatçı mayor Elnur İsayev, həmçinin liseyin rəhbərliyi, müəllim heyəti, çağırışaqədərki hazırlıq rəhbəri Qılman Eyvazov və şagirdlər iştirak edib.
Tədbir zamanı qonaqlar öz xatirələrini bölüşməklə yanaşı gənclərə məsləhət və tövsiyələr veriblər. Rəsmi hissə bitdikdən sonra liseyin şagirdləri arasında bilik yarışı keçirilib və qalib komanda təltif edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: