azturkxeber.az
http://azturkxeber.az

Ağdamda əmək yarmarkasında dəzgah operatoru üzrə vakansiyalar təqdim edilib

03-04-2026

Ağdamda əmək yarmarkasında dəzgah operatoru üzrə vakansiyalar təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “BAFCO INVEST” MMC-nin birgə təşkilatçılığı ilə Ağdamda əmək yarmarkası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azturkxeber.az-a verilən məlumata görə, aktiv məşğulluq tədbiri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında təşkil olunub. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim edilib.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb, habelə onlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930