Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib
FIFA milli komandalar üçün ilin ilk reytinq cədvəlini açıqlayıb.
Azturkxeber.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olan Azərbaycan yığmasının mövqeyində dəyişiklik olub.
Bakıda keçirilən FIFA turniri çərçivəsində Sent Lüsiya və Syerra Leoneni məğlub edən Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv xallarını 1136.67-yə çatdırıb və 124-cü pilləyə yüksəlib.
Qeyd edək ki, reytinqə 1877.32 xalla Fransa millisi başçılıq edir. İkinci sırada son Avropa çempionu İspaniya (1876.40), üçüncü pillədə isə Argentina (1874.81) yer alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: