Azərbaycanın qadın basketbol yığmalarına əcnəbi oyunçular cəlb oluna bilər
Azərbaycanın qadınlardan ibarət 3x3 və əsas (5x5) basketbol yığmalarına əcnəbi oyunçular cəlb oluna bilər.
Bu barədə Azturkxeber.az-a Azərbaycan Basketbol Federasiyasının (ABF) türkiyəli idman direktoru Turqay Zeytingöz məlumat verib.
O bildirib ki, federasiya tərəfindən qadın yığmalarının heyətinin gücləndirilməsi məqsədilə belə addımın atılması planlaşdırılır: “Xüsusilə 3x3 basketbol üzrə “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında medal hədəfimiz olduğu üçün bu variant mümkündür. Lakin hazırda bu məsələ ilə bağlı konkret qərar qəbul olunmayıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: