azturkxeber.az
http://azturkxeber.az

ADSEA: Abşeron rayonunda içməli su təchizatı mərhələli şəkildə bərpa olunur

01-04-2026

ADSEA: Abşeron rayonunda içməli su təchizatı mərhələli şəkildə bərpa olunur

Aylıq normanı 6 dəfədən çox üstələyən intensiv yağıntılar nəticəsində Abşeron rayonu ərazisində yerləşən irihəcmli nasos stansiyasının fəaliyyətində nasazlıq yaranmışdı. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və digər aidiyyəti dövlət qurumlarının birgə səyləri ilə hazırda stansiyanın fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir.

ADSEA-dan Azturkxeber.az-a bildirilib ki, görülən operativ tədbirlər nəticəsində nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib.

“Hazırda rayonun bütün ərazilərinə içməli suyun verilməsi təmin olunur. Nasos stansiyasının fəaliyyəti tam bərpa edildikdən sonra su təchizatı əvvəlki qrafik rejimə uyğun şəkildə həyata keçiriləcək”, - deyə ADSEA-nın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, stansiyada yaranmış nasazlıq səbəbindən bəzi ərazilərdə yağış sularının kənarlaşdırılması prosesində müəyyən çətinliklər müşahidə olunur. Bununla belə, agentliyin tabeli qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930