Ağdərədə mina hadisəsi baş verib - xəsarət alan var
Ağdərədə mina partlayışı baş verib.
Azturkxeber.az xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb. Nəticədə rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: