azturkxeber.az
http://azturkxeber.az

Taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

24-03-2026

Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Azturkxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ

keçirdiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031