azturkxeber.az
http://azturkxeber.az

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT

12-03-2026

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT

İşğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində martın 12-i mina hadisəsi baş verib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə məlumatda qeyd olunub.

1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttindəki minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub. Faktla bağlı araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031