azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada Xalq yazıçısı Əli Vəliyev həsr olunmuş sərgi istifadəçilərə təqdim olunub

27-02-2026

XX əsr Azərbaycan nəsrinin inkişafında, ədəbi dilimizin zənginləşməsində özünəməxsus imzası olan, Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 125 illiyi münasibətilə Milli Kitabxanada “Görkəmli ədib, Xalq yazıçısı Əli Vəliyev” adlı virtual və “Xalq yazıçısı Əli Vəliyev – 125” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgilərdə yazıçının hekayələri, povestləri, romanları, oçerkləri, felyetonları, nağıl və əfsanələri, redaktor olduğu və “Ön söz” yazdığı kitablar, həyatı, yaradıcılığı və görkəmli şəxsiyyətlərin onun haqqında xoş xatirələrindən bəhs edən ədəbiyyatlar, fotolar və dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eli_Veliyev/index.htm linkindən istifadə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728