azturkxeber.az
http://azturkxeber.az

Elm və təhsil naziri Sumqayıtda təhsil müəssisəsində olub

27-02-2026

Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub

Məlumat verilib ki, təhsil müəssisəsi 2021-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda 3008 şagirdin təhsil aldığı məktəbdə 135 nəfər pedaqoji, 39 nəfər isə texniki işçi çalışır.

Sinif otaqlarına baxış zamanı nazir STEAM və “Rəqəmsal bacarıqlar” layihələrinin tədris prosesi ilə yaxından maraqlanıb, dərslərin təşkilini izləyib və şagirdlərlə fikir mübadiləsi aparıb. Şagirdlərin təqdim etdikləri layihə və praktiki işlərlə tanış olan nazir sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər çərçivəsində elm və təhsil naziri təhsil müəssisəsində yaradılmış, imtahanların təşkili üçün nəzərdə tutulan MİQ mərkəzinə də baxış keçirib. Nazir həmçinin məktəbin kitabxanasındakı mövcud şəraitlə tanış olub, şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması və oxu mədəniyyətinin təşviqinin təhsil prosesinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, məktəblə tanışlıq zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva da iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728