Anna Akopyan Nikol Paşinyandan ayrıldığını açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan onunla ayrıldığını və hökumətə məxsus iqamətgahlardan köçdüyünü bildirib.
Azturkxeber.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Yayılan məlumata görə, Akopyan qeyd edib ki, vətəndaş nikahının başa çatması ilə bağlı paylaşımı onların birgə yaşayışına son qoyulması deməkdir, nikahın rəsmi şəkildə VVAQ-da (ZAGS) qeydiyyata alınması ilə bağlı deyil.
Onun sözlərinə görə, bundan sonra kirayə mənzildə yaşayacaq. Bildirib ki, aldığı mənzil hazırda tikinti mərhələsindədir. Yaşayış xərcləri ilə bağlı isə Akopyan hesabında 5 milyon dram vəsait qaldığını açıqlayıb.
O, həmçinin “Mənim addımım” fondunda fəaliyyətini davam etdirmək istədiyini vurğulayıb. Bununla belə, Akopyan bu fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyini də istisna etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: