SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Xızı rayonunda planlaşdırılır

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 27 fevral saat 11:00-da Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq.
Bu barədə Azturkxeber.az-a "Azəriqaz" İB-dən məlumat verilib.
Məlumata görə, görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Sumqayıt Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 95 31; (02331)5-04-53) müraciət edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: