Metro xətlərində müvəqqəti yubanmalar – nasaz qatar xətdən çıxarılıb

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xəttdən çıxarılaraq “Nərimanov” elektrik deposuna göndərilib. Nasaz qatarın əvəzinə ehtiyat qatar xəttə buraxılıb.
Hazırda Yaşıl və Qırmızı xətlər üzrə qatarların hərəkət intervalında 15 dəqiqəyədək gecikmələr müşahidə olunur. İntervalların qısa müddət ərzində tam bərpa ediləcəyi gözlənilir.
Məsələ ilə bağlı əlavə məlumat verildikcə ictimaiyyətə təqdim olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: