azturkxeber.az
http://azturkxeber.az

Sabunçuda yeddi evdən 10 min manatlıq elektrik naqilləri oğurlayan iki nəfər saxlanılıb

23-02-2026

Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri 10 min manata yaxın elektrik naqillərini oğurlayıblar. Onlar əməllərini ört-basdır etmək üçün bəzi evlərdə quraşdırılan müşahidə kameralarını da sındırıblar.

Azturkxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728