Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Azturkxeber.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: