azturkxeber.az
http://azturkxeber.az

ARTİ və ADPU arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

23-02-2026

Fevralın 23-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbər heyəti ilə görüş keçirilib.

ARTİ-nin direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev və ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətləri iki qurum arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Müzakirə əsnasında magistrantlar üçün dissertasiya mövzularının müəyyənləşdirilməsi, magistr tədqiqatlarının nəticələrinin paylaşılması və bu nəticələrin müvafiq sahələrdə tətbiq edilməsi, təhsil pillələri arasında müvafiq keçidlərin təkmilləşdirilməsi, biliyin ölçülməsində dünya təcrübəsi, pedaqogika sahəsində ixtisaslaşmalar üzrə müasir məzmunun tətbiqi və təhsil proqramlarının yenilənməsi, universitetin müxtəlif regionlardakı filiallarının insan resurslarının və maddi-texniki bazasının ortaq tədqiqatlarda istifadəsi və digər mövzulara toxunulub.

Görüşün sonunda ARTİ və ADPU arasında Memorandum imzalanıb. Sənədi imzalayan Elnur Əliyev və Cəfər Cəfərov gələcək əməkdaşlığa böyük ümid bəslədiklərini və bu əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcəyinə inandıqlarını vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728