Azərbaycan Dəmir Yolları və Parlaq İmzalar Nəşriyyatından sərnişinlərə kitab hədiyyəsi: qiraət sevgisi qatarlarla yol alır



Kitabların yol yoldaşlığı davam edir.
Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Dəmir Yolları (ADY) və Parlaq İmzalar Nəşriyyatının qiraət sevgisini səfərlərə daşıyan birgə layihəsi yenidən sərnişinlərlə görüşüb. Kitab hədiyyəsi ənənəsi bu dəfə də böyük maraqla qarşılanıb.
Bakı–Qazax, Bakı–Ağstafa və Bakı–Ağdam marşrutları üzrə hərəkət edən qatarlarda hər şənbə günü sərnişinlərə kitablar təqdim olunur. Bununla da səfər yalnız mənzil başına çatmaq deyil, eyni zamanda yeni səhifələr və düşüncələrlə zənginləşən bir yolçuluğa çevrilir.
Layihə çərçivəsində qiraət mədəniyyətinin təşviqi və kitabın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi hədəflənir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: