Sumqayıt, Abşeron və Qaradağda suyun verilməsində müvəqqəti fasilə olacaq

Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
Azturkxeber.az xəbər verir ki, bu barədə ADSEA-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.
Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: