Diqqət! Sosial şəbəkələrdə saxta kampaniyalara aldanmayın

Son günlər sosial şəbəkələrdə vətəndaşları saxta kampaniyalara cəlb etmək məqsədilə eyni məzmunlu paylaşımlar yayılır.
Bu paylaşımlarda fərqli məhsullar təqdim olunsa da, ssenari eynidir: guya şirkət sirri açıqlanır, kiçik məbləğ qarşılığında dəyərli hədiyyə vəd edilir və istifadəçilər rəy bölməsində yerləşdirilən linkə yönləndirilir.
Diqqət çəkən məqam isə etibarlılıq görüntüsü yaratmaq üçün həmin postlarda saxta profillər vasitəsilə “müsbət rəylər” yazılmasıdır.
Tövsiyələr:
Şübhəli linklərə daxil olmayın.
Tanımadığınız səhifələrin təqdim etdiyi “sərfəli kampaniyalara” inanmayın.
Şəxsi və bank kartı məlumatlarınızı naməlum platformalarda paylaşmayın.
Belə saxta kampaniyalar şəxsi məlumatların və pul vəsaitlərinin ələ keçirilməsinə yönəlib.
Qeyd edək ki, həmin səhifələrlə bağlı araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: