Bərdədə vətəndaş qəbulu keçirilib









Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bərdədə vətəndaşları qəbul edib.
Azturkxeber.az-ın məlumatına görə, qəbuldan əvvəl Ümummilli
Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq xatirəsinə dərin ehtiram göstərilib.
20 fevral 2026-cı il tarixində keçirilən qəbulda Bərdə və Tərtər rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, övladın müalicəsi, ailədaxili münasibətlər, uşaqla ünsiyyət, məişət zorakılığı, sosial müavinətlər və digər məsələlər yer alıb.
Qəbul zamanı hər bir müraciət fərdi qaydada nəzərdən keçirilib. Qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: