azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə görüş keçirilib

20-02-2026

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə təşkil edilən görüşdə mebel ixracının potensialının və yeni bazarlara çıxış imkanlarının artırılmasına dair fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının və assosiasiyaya üzv şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı mebel istehsalı sektorunda ixrac, ixracatçıların üzləşdiyi çağırışlar, həmçinin logistika xərclərinin optimallaşdırılması imkanları müzakirə edilib. Bununla yanaşı, məhsulların ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı ixrac potensiallı bazarlar nəzərdən keçirilib.

Tədbir çərçivəsində iştirakçılar həmçinin cari ilin iyun ayında Dubay şəhərində keçiriləcək “Index Dubai 2026” interyer dizaynı sərgisi barədə məlumatlandırılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728