azturkxeber.az
http://azturkxeber.az

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Maneələri yaradan baxış bucağıdır” adlı seminar təşkil edilib

19-02-2026

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Maneələri yaradan baxış bucağıdır” adlı seminar təşkil edilib.

Naxçıvan Dövlət Universitetində keçirilən seminarda Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin əməkdaşı və təlimçisi olan Elməddin Kərimov inklüziv cəmiyyətin formalaşması, əlilliyi olan şəxslərin cəmiyyətdə rolu və mövcud çağırışlarla bağlı gəncləri məlumatlandırıb.

Seminar çərçivəsində qeyd olunub ki, cəmiyyətimizin müəyyən bir hissəsini müvafiq kateqoriyadan olan şəxslər təşkil edir və bu istiqamətdə mütəmadi maarifləndirmə aparılsa da, inklüziv dəyərlərin daha da gücləndirilməsinə daim ehtiyac duyulur. Görüşün tələbələrlə keçirilməsi isə formalaşmış inklüziv cəmiyyətin sağlam düşüncəli, sosial məsuliyyətli və fəal gənclərin iştirakı ilə daha da irəli aparılmasının mümkünlüyünə diqqət çəkməkdir.

Gözdən əlilliyi olan Elməddin Kərimov çıxışında şəxsi həyat və peşə təcrübəsini bölüşərək vurğulayıb ki, əlilliyi olan şəxslərin potensialı düzgün istiqamətləndirildiyi təqdirdə onlar cəmiyyət üçün faydalı və məhsuldar fəaliyyət göstərə bilirlər. O, xüsusilə Brayl əlifbası və Brayl nəşrlər üzrə həyata keçirdiyi təlimlər barədə məlumat verərək, görmə məhdudiyyətli şəxslərin təhsilə və informasiyaya çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində əlilliyi olan şəxslərin keçdiyi inkişaf yolu – dünəni və bu günü barədə fikir mübadiləsi aparılıb, ölkəmizdə bu sahədə həyata keçirilən islahatların nəticələrinə toxunulub. Eyni zamanda, tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, bu kimi görüşlərin keçirilməsi cəmiyyətdə sosial həssaslığın artırılmasına, stereotiplərin aradan qaldırılmasına və inklüziv dəyərlərin təşviqinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728