azturkxeber.az
http://azturkxeber.az

İdxal olunan şaftalı və nektarin tinglərində virus aşkarlanıb

19-02-2026

Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin və fiziki şəxs Elmin Cəlal oğlu Əhmədovun Türkiyədən idxal etdiyi tinglərdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, tinglərdə karantin tətbiq edilən şarka virusu aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul olunub, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib.

Qeyd edək ki, şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728