azturkxeber.az
http://azturkxeber.az

Zabux məktəbində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

18-02-2026

İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin təhlükəsizliyinin təmin edilməsi və mina təhdidlərinə qarşı mübarizə məqsədilə maarifləndirmə tədbirləri genişləndirilir. Bu silsilədən növbəti görüş Laçın rayonunun yenidən salınmış Zabux kəndində məktəbli uşaqlar üçün təşkil olunub.

Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı, eləcə də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Tədbir zamanı ANAMA-nın mütəxəssisi tərəfindən şagirdlərə mina və partlamamış hərbi sursatların təhlükəsi, şübhəli əşyaların tanınma nişanələri barədə ətraflı məlumat verilib, təhlükəli ərazilərdə davranış qaydaları izah edilib, maarifləndirici brüoşurlar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728