azturkxeber.az
http://azturkxeber.az

Xocalı rayonunun Muxtar kəndində mina hadisəsi baş verib

18-02-2026

Bu gün işğaldan azad edilmiş Muxtar kəndi ərazisində mina insidenti qeydə alınıb. Hadisə Xocalı rayonu ərazisində baş verib.

Bu barədə Azturkxeber.az-a Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən məlumat verilib.

Məlumata görə, qurumun əməkdaşı Çobanov Vasif Fizuli oğlu (2000-ci il təvəllüdlü) xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Partlayış nəticəsində Vasif Çobanov sol əlindən və üz nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına təxliyə olunub.

Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir, həyatına təhlükə yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728